Baş səhifə
Xəbərlər
Dövlət Gömrük Komitəsi
Gömrük Akademiyasının tələbəsi "Ən yaxşı illik hesabat hazırlayan dizayner" nominasiyasında birinci olub

Gömrük Akademiyasının tələbəsi "Ən yaxşı illik hesabat hazırlayan dizayner" nominasiyasında birinci olub

Dövlət Gömrük Komitəsinin Akademiyasının “İqtisadiyyat” ixtisasının IV kurs tələbələri Əli Həsənli, Aqşin Allahyarov, Orxan Yusifov və “İnformasiya təhlükəsizliyi” ixtisasının II kurs tələbəsi Nəzrin Osmanlının təmsil olunduğu “Enactus” komandası 29-30 avqust tarixlərində keçirilən “2020-ci il Enactus Azərbaycan Virtual Milli Yarışı”nın birinci liqasında "AgroMarket" adlı layihə ilə iştirak ediblər. Akademiyanın “Enactus” komandasının kapitanı Əli Həsənli yarışmanın "Ən yaxşı illik hesabat hazırlayan dizayner" nominasiyasında birinci yerə layiq görülüb. 
Ümumilikdə, hər liqada 7 komanda olmaqla, 14 komandanın iştirak etdiyi  yarışda 700-dən çox tələbə, 20 fakültə məsləhətçisi, 13 biznes lideri iştirak edib.
Xatırladaq ki, “2020-ci il Enactus Azərbaycan Virtual Milli Yarışı” Azərbaycan Respublikası Gənclər Fondu və BP şirkətinin dəstəyi ilə keçirilib. 

İctimaiyyətlə əlaqələr şöbəsi


Videolar: